Gürcüstana qızıl əşyaları qanunsuz keçirən Azərbaycan vətəndaşı saxlanılıb
Hadisə
- 16 iyul, 2019
- 08:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstana gömrük nəzarətindən gizlədilmiş qızıl əşyalar keçirməyə cəhd edən yerli və əcnəbi vətədaşlar saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Son günlər "Qırmızı körpü" və "Sarpi" gömrük-keçid məntəqələrində saxlanılan Gürcüstan, Azərbaycan və Ukrayna vətəndaşlarının üzərinə və əl yüklərinə baxış zamanı bəyan edilməmiş və ümumi çəkisi 914,29 qram olan qızıl əşyalar aşkar olunub.
Zinət əşyalarının ümumi dəyəri 70,156.74 lari təşkil edib.
İki vətəndaşa qarşı 24,080.48 lari məbləğində cərimə sanksiyası tətbiq olunub. Digər vətəndaşın qanunsuz əməli ilə bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.
Son xəbərlər
13:17
Güclü külək Bakıda fəsadlar törədib
Hadisə
13:07
Foto
Azərbaycanın COP31-də "Dialoq Dəhlizi" mövzusuna həsr olunmuş pavilyonu açılıb
Ekologiya
13:01
Foto
Yorğa qaçışları üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi
13:00
Foto
Video
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib – Yenilənib
Hərbi
12:59
650-dən çox qanunsuz miqrant İspaniya sahillərinə çıxıb
Digər ölkələr
12:58
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb - Yenilənib
Hadisə
12:55
COP31-ə 6 qitədən 102 lider qatılacaq
Ekologiya
12:54
Antalyada COP31-in açılış mərasimi olub, sədrlik Türkiyəyə keçib
Region
12:52
Foto
"Zəfər nəsli" adlı gənclər düşərgəsi təşkil olunub
Daxili siyasət