Gürcüstan parlamentinin sədri Novruz bayramı münasibəti ilə azərbaycanlıları təbrik edib

Gürcüstan parlamentinin sədri Novruz bayramı münasibəti ilə azərbaycanlıları təbrik edib Tbilisi. 21 mart. REPORT.AZ/ Biz birlikdə bir ailəyik və güclü dövlət qururuq. Biz həm də, əsrlərdir ki, Novruz bayramını da birlikdə qeyd edirik.
Hadisə
21 Mart , 2018 20:23
Gürcüstan parlamentinin sədri Novruz bayramı münasibəti ilə azərbaycanlıları təbrik edib

Tbilisi. 21 mart. REPORT.AZ/ "Biz birlikdə bir ailəyik və güclü dövlət qururuq. Biz həm də, əsrlərdir ki, Novruz bayramını da birlikdə qeyd edirik".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Novruz bayramı ilə əlaqədar azərbaycanlılara ünvanladığı təbrik məktubunda deyilir.

İ.Kobaxidzenin təbrik məktubunda daha sonra deyilir: "Biz ölkədə vətəndaşlarımızın normal, rahat yaşamaları üçün hər cür şərait yaradırıq. Azərbaycanlılar güclü Gürcüstan dövlətinin yaradılmasında və inkişafında xüsusi ilə fərqlənirlər. Biz azərbaycanlılarla birlikdə ölkəmizin gələcəyini qururuq və birlikdə vahid Gürcüstanda yaşayacağıq".

Məlumat üçün qeyd edək ki, 2014-cü ilin statistikasına görə Gürcüstan əhalisinin 6,3 faizini və ya 233 minini azərbaycanlılar təşkil edirlər. Kvemo Kartli bölgəsi əhalisinin 41,7 faizini isə azərbaycanlılar təşkil edirlər

Son xəbərlər

Orphus sistemi