Yuxarı

“Günəşli” yatağındakı baş verən qəzada həlak olanlardan biri Bakıxanovdakı qəbiristanlıqda dəfn olunub

Dəfndə SOCAR rəsmiləri, icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər

Bakı. 8 dekabr. REPORT.AZ/ “Günəşli” yatağında baş verən yanğın nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Fəxrəddin Quliyev dəfn olunub.

"Report"un məlumatına görə, dəfndən əvvəl mərhumun cənazəsi yaşadığı evə gətirilib. Sonra cənazə evdən götürülərək Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki qəbiristanlığa gətirilib. F.Quliyev orada dəfn edilib.

Dəfndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri, icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 neftçinin cəsədi ailəsinə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi