“Günəşli” yatağındakı yanğınla bağlı təxliyə işləri həyata keçirilir

“Günəşli” yatağındakı yanğınla bağlı təxliyə işləri həyata keçirilir Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb
Hadisə
4 Dekabr , 2015 20:31
“Günəşli” yatağındakı yanğınla bağlı təxliyə işləri həyata keçirilir

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. 

Qərargahın əlaqə telefonları:

+994 12 5211019

+994 50 2293521

+994 50 2457005

Son xəbərlər

Orphus sistemi