Güclü külək Salyanın 20-dək kəndini işıqsız qoyub

Güclü külək Salyanın 20-dək kəndini işıqsız qoyub Bu gün axşam saatlarında güclü küləklə müşayiət olunan leysan yağış Salyan rayonunun bir sıra kəndlərində fəsadlar törədib.
Hadisə
30 May , 2019 19:43
Güclü külək Salyanın 20-dək kəndini işıqsız qoyub

Bu gün axşam saatlarında güclü küləklə müşayiət olunan leysan yağış Salyan rayonunun bir sıra kəndlərində fəsadlar törədib.

"Report" xəbər verir ki, rayonun Bəşirbəyli, Pambıqkənd, Yuxarı Bəşirbəyli, Şatrovka, Qarabağlı, Qaraçala və başqa kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Yerli sakinlərin verdiyi məlumata görə, iki saata yaxındır ki, 20-dək kənddə işıqlar yanmır.

Son xəbərlər

Orphus sistemi