Güclü külək paytaxtda bir sıra fəsadlar törədib

Güclü külək paytaxtda bir sıra fəsadlar törədib Axşam saatlarında əsməyə başlayan külək paytaxtın bəzi ərazilərində bir sıra fəsadlar törədib.
Hadisə
1210
23 May , 2020 23:14
Güclü külək paytaxtda bir sıra fəsadlar törədib

Axşam saatlarında əsməyə başlayan külək paytaxtın bəzi ərazilərində bir sıra fəsadlar törədib.

"Report"un məlumatına görə, Sabunçu rayonunda ağacın budaqları qırılaraq yol kənarına düşüb.

Paytaxtın bəzi yerlərdə ağaclar güclü küləyin təsirindən kökündən qopub. Eləcə də digər yerlərdə ağacların budaqları avtomobillərin üstünə aşıb. Külək habelə bir sıra ərazilərdə ağacları yollara aşırıb. Nəticədə avtomobillərin hərəkətinə qısa müddətli maneələr yaranıb. Lakin maneələr qısa zamanda aradan qaldırılıb.

Qeyd edək ki, paytaxtda küləyin fəsadlarının aradan qaldırılması və şəhər əhalisinin təhlükəsizliyinin təminatı məqsədilə polis qüvvələri səfərbər olunub. Hava şəraitinə uyğun olaraq, xidmət gücləndirilib.

Son xəbərlər

Orphus sistemi