Goranboyda küləkli hava şəraiti fəsadlara səbəb olub - YENİLƏNİB 

Goranboyda küləkli hava şəraiti fəsadlara səbəb olub - YENİLƏNİB  Güclü külək Goranboyda bəzi fəsadlar törədib.
Hadisə
26 May , 2024 10:17
Goranboyda küləkli hava şəraiti fəsadlara səbəb olub - YENİLƏNİB 

Goranboyda küləkli hava şəraiti fəsadlara səbəb olub.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında əsən güclü gülək səbəbindən rayonun 56 yaşayış məntəqəsi üzrə 19 816 abonentin elektrik enerjisi və rabitə ilə təchizatında fasilələr yaranıb, 3 fərdi yaşayış evinin dam örtüyünə ziyan dəyib.

Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası operativ olaraq ərazilərdə olub, elektrik enerjisi və rabitə təsərrüfatlarının bərpası, baş verə biləcək digər fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirir.

10:01

Güclü külək Goranboyda bəzi fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Ağcakənd ərazisində bir neçə evin dam örtüyü dağılıb, elektrik təsərrüfatına ziyan dəyib.

Bəzi kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda Goranboy rayonun icra hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının üzvləri fəsadların aradan qaldırılması istiqamətində iş aparır, küləyin vurduğu ziyan hesablanır.

Son xəbərlər

Orphus sistemi