Gəncədə evin divarının üzlüyünün uçması nəticəsində xəsarət alanların adları məlum olub

Gəncədə evin divarının üzlüyünün uçması nəticəsində xəsarət alanların adları məlum olub Səhər saatlarında yaranan kəskin hava şəraiti ilə əlaqədar Gəncə şəhərində bəzi fəsadlar yaranıb.
Hadisə
19 Mart , 2022 17:22
Gəncədə evin divarının üzlüyünün uçması nəticəsində xəsarət alanların adları məlum olub

Gəncədə evin divarının üzlüyünün uçması nəticəsində xəsarət alanların adları məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, xəsarət alanlar - 1964-cü il təvəllüdlü Hicran Həmis qızı Əhmədova və onun nəvəsi, 2015-ci il təvəllüdlü Həmid İlkin oğlu Hüseynovdur.

H.Hüseynov müalicə aldığı xəstəxanadan artıq evə buraxılıb.

Məlumata görə, H.Əhmədovanın hər iki ayağı sınıb. Onun müalicəsi xəstəxanada davam edir.

14.04

Səhər saatlarında yaranan kəskin hava şəraiti ilə əlaqədar Gəncə şəhərində bəzi fəsadlar yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, güclü külək nəticəsində bir neçə binanın dam örtüyü dağılıb, elektrik dirəkləri və ağaclar aşıb.

Bir neçə yaşayış və inzibati binanın dam örtüyü dağılıb.

Güclü külək bəzi küçə və prospektlərdə 10-a yaxın ağacı kökündən qoparıb, bəzilərinin isə budaqlarını sındırıb.

Külək şəhərin Nizami Gəncəvi prospektində yerləşən evin üz daşlarını uçurub. Daşlar yaxınlıqda olan biri azyaşlı olmaqla 2 nəfərə dəyib. Nəticədə hər iki şəxs xəsarət alıb və onlar xəstəxanaya aparılıblar.

Külək həmçinin elektrik dirəklərini aşırıb, naqilləri sındırıb və bu səbəbdən həmin ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Aidiyyəti qurumlar tərəfindən yaranmış fəsadların aradan qaldırması istiqamətində işlər aparılır.

Hazırda şəhər və yaxın rayonların ərazisində küləkli hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi