Göygöldə yol kənarında kişi meyiti tapılıb - YENİLƏNİB

Göygöldə yol kənarında kişi meyiti tapılıb - YENİLƏNİB Göygöl rayonunda yolun kənarında tapılan meyitin kimə məxsus olduğa müəyyən edilib.
Hadisə
30 Mart , 2019 21:47
Göygöldə yol kənarında kişi meyiti tapılıb - YENİLƏNİB

Göygöl rayonunda yolun kənarında tapılan meyitin kimə məxsus olduğa müəyyən edilib.

"Report"un yerli bürosunun məlumatına görə, meyit rayonun Üçtəpə kənd sakini, 1981-ci il təvəllüdlü Cavid Əlibaba oğlu Hüseynova məxsusdur.

Meyitin üzərində hər hansısa bir xəsarət aşkarlanmadığı və onun infarkt keçirərək öldüyü bildirilir.


*** 18:29

Göygöl rayonunda yol kənarında naməlum kişi meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, meyit rayonun Üçtəpə kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Əraziyə baxış keçirilib. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi