Göygöldə qohumlar arasında dava oldu, xəsarət alanlar var - YENİLƏNİB

Göygöldə qohumlar arasında dava oldu, xəsarət alanlar var - YENİLƏNİB Göygöldə qohumlar arasında baş verən kütləvi davada xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
11 Aprel , 2020 22:48
Göygöldə qohumlar arasında dava oldu, xəsarət alanlar var - YENİLƏNİB

Göygöldə qohumlar arasında baş verən kütləvi davada xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kütləvi dava zamanı Şirin Mamayeva və Ələsgər Əliyev müxtəlif bədən xəsarətləri alıb. Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, qohumlar arasında əvvəllər də münaqişə baş verib.


*** 20:23

Göygöldə qohumlar arasında düşən dava 2 nəfərin xəsarət alması ilə nəticələnib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl şəhər Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. 

Yaxın qohumlar arasında hələ ki, məlum olmayan səbəbdən dava olub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi