Göygöldə qəza: avtomobil iki yerə bölündü, yaralılar var - YENİLƏNİB

Göygöldə qəza: avtomobil iki yerə bölündü, yaralılar var - YENİLƏNİB Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
Hadisə
22 İyul , 2021 22:11
Göygöldə qəza: avtomobil iki yerə bölündü, yaralılar var - YENİLƏNİB
0 : 00
0 : 00

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınan avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Eldar Tağıyev, 1982-ci il təvəllüdlü Elmir Zeynalov xəsarət alıb. Qəza nəticəsində daha 1 nəfərin də xəsarət aldığı bildirilir.

Xəsarət alan E.Tağıyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb,araşdırma aparılır.

20:02

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, zərbənin gücündən "VAZ-2106" markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi