Göygöldə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var

Hadisə
  • 22 aprel, 2018
  • 04:14
Göygöldə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var

Göygöl. 22 aprel. REPORT.AZ/ Göygöl rayonu ərazisində xəsarət ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı kiçik həcmli yük avtomobili ilə "VAZ"ın toqquşması nəticəsində ikinci maşında olan 1977-ci il təvəllüdlü sərnişin Əziz İsgəndərov xəsarət alıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.