Göygöldə tapılan meytin kimliyi məlum olub - YENİLƏNİB
- 30 oktyabr, 2019
- 03:43
Göygöl rayonunda tapılan meytin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə Regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun "Report"un Qərb Mərkəzinə verdiyi məlumata görə, ölən şəxs Gəncə şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Eyvazov Bəxtiyar Famil oğludur. İlkin baxışda onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Ehtimal olunur ki, B.Eyvazov ərazidəki hündürlükdən dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***07:02
Göygöl rayonunda kişi meyiti tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, meyit Quşqara kəndində aşkarlanıb.
Əraziyə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meytin kimliyi və ölüm səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.