Göygöldə fərdi ev yanıb, azyaşlılar xilas edilib
- 04 oktyabr, 2019
- 02:34
Göygöl rayonunda fərdi yaşayış evində yanğın başlayıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Bəhrambəy kəndində yerləşən birmərtəbəli, 5 otaqlı fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və Göygöl rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. İlkin məlumatlara görə, ev sahibləri evdə yoxdur və iki azyaşlı körəpələrin qışqırıq səsləri gəlir. Faktla bağlı araşdırmnalara başlanılıb.
***04:11
Göygöl rayonunun Bəhrambəy kəndi ərazsində yerləşən fərdi evdə baş verən yanğın söndürülüb.
"Report"un yerli bürosunun məlumçatına görə, evin söndürülməsi üçün Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən də kömək məqsədi ilə yanğınsöndürən maşınlar və canlı qüvvə göndərilib. Yanğın söndürülüb və hadisə zamanı evdə olan iki azyaşlı xilas edilib.
Faktla bağlı araşdırma aparılır.