Göygöldə evdən qadın meyiti tapılıb - YENİLƏNİB

Göygöldə evdən qadın meyiti tapılıb - YENİLƏNİB Göygöl. 17 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda yaşadığı evdə meyiti tapılan qadının şəxsiyyəti məlum olub.
Hadisə
17 Sentyabr , 2018 21:51
Göygöldə evdən qadın meyiti tapılıb - YENİLƏNİB
Report

Göygöl. 17 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda yaşadığı evdə meyiti tapılan qadının şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1940-cı il təvəllüdlü Səkinə Atayevaya məxsus meyit Göygöl şəhəri, Ramil Cəfərov küçəsi, ev 26 ünvanında aşkar edilib.

Onun bir neçə gün əvvəl dünyasını dəyişdiyi ehtimal edilir. Qadının həmin ünvanda tək yaşadığı bildirilir.

Meyit tibbi ekspertizaya aparılıb. Onun ölüm səbəbi aparılan araşdırmalar nəticəsində məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

***20:48

Göygöl. 17 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda evdən meyit tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hələlik kimliyi məlum olmayan yaşlı qadının yaşadığı evdə meyiti aşkar edilib.

Onun bir neçə gün əvvəl öldüyü ehtimal edilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəl edilib . 

Fakrla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi