Göygöldə ev yanıb, xəsarət alan var

Göygöldə ev yanıb, xəsarət alan var Göygöl rayonunda fərdi yaşayış evində yanğın olub.
Hadisə
30 Avqust , 2019 18:13
Göygöldə ev yanıb, xəsarət alan var

Göygöl rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Nadil kəndi ərazisində qeydə alınıb. 

Əraziyə Göygöl rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı 1991-ci il təvəllüdlü Firuz Qoçiyev hündürlükdən yıxılaraq xəsarət alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaladan birinə aparılıb. Onun qabırğasının sındığı bildirilir.

Yanğının başvermə səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi