Göygöldə avtomobilin vurduğu uşaq xəstəxanada ölüb - YENİLƏNİB

Hadisə
  • 31 may, 2019
  • 08:36
Göygöldə avtomobilin vurduğu uşaq xəstəxanada ölüb - YENİLƏNİB

Göygöl rayonunda ağır yol-nqəliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alan 6 yaşlı uşaq xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 2013-cü il təvəllüdlü Həsən Qüdrət oğlu Nəsibov Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.


*** 10:23

Göygöl rayonunda az yaşlı uşağı avtomobil vurub.

 "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşıqlar kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən uşaq avtomobilin altında qalıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ağır bədən xəsarətləri alan az yaşlı uşaq “təcili yardım” avtomobilləri ilə Gəncə şəhərindəki özəl klinikalardan birinə çatdırılıb.

44 filmi