Göygöldə avtomobil alışdı, 2 nəfər yanaraq öldü

Göygöldə avtomobil alışdı, 2 nəfər yanaraq öldü Göygöl rayonunda yol qəzası baş verib.
Hadisə
30 İyul , 2020 16:44
Göygöldə avtomobil alışdı, 2 nəfər yanaraq öldü

Göygöl rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Hacıməlik kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21099" markalı avtomobil alışıb. Nəticədə maşının içərisində olan Daşkəsən rayon sakinləri - 1978-ci il təvəllüdlü Bayram Zakir oğlu Verdiyev və onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Fəridə Allaheverən qızı Verdiyava yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi