Göygöldə 67 yaşlı kişi özünü asıb - YENİLƏNİB

Hadisə
  • 29 dekabr, 2018
  • 05:21
Göygöldə 67 yaşlı kişi özünü asıb - YENİLƏNİB

Göygöl. 29 dekabr. REPORT.AZ/ Göygöl rayonunda yaşadığı evin damında özünü kəndirlə asaraq intihar edən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Balçılı kənd sakini, 1951-ci il təvəllüdlü Kamal İsmayılov gecə saatlarında yaşadığı evin damında özünü asaraq intihar edib. İlkin ehtimala görə, intihara səbəb mərhumun həyat yoldaşı ilə aralarında olan münaqişə olub.

Məlumata görə, bir neçə gün öncə mərhumun həyat yoldaşı evi tərk edib və o, bundan depressiyaya düşüb.

Faktla bağlı araşdırma aparılır.


*** 08:32

Göygöl. 29 dekabr. REPORT.AZ/ Göygöl rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayonunun, Balçılı kəndi ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kənd sakini yaşadığı evin damında özünü kəndirlə asaraq intihar edib. Onun yaşlı kişi olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə yerləşdirilib.