Göygöldə 58 yaşlı çoban itkin düşüb - FOTO
- 30 oktyabr, 2019
- 15:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Göygöl rayonunda 58 yaşlı kişi itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, Şamaxı rayonu, Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında çoban işlədiyi Göygöl rayonunun Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 160-165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. M.Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, başında papaq, ayağında idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.