Göygöldə 37 yaşlı kişi intihar edib

Hadisə
  • 29 iyun, 2018
  • 05:16
Göygöldə 37 yaşlı kişi intihar edib

Göygöl. 29 iyun. REPORT.AZ/ Göygöl rayonunda orta yaşlı kişi intihar edib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Quşqara kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini,1981-ci il təvəllüdlü Adil Əvəz oğlu Qəmbərov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.