Göygöldə orta yaşlı kişi borca görə bıçaqlanıb

Göygöldə orta yaşlı kişi borca görə bıçaqlanıb Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
22 İyun , 2020 22:04
Göygöldə orta yaşlı kişi borca görə bıçaqlanıb

Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşıqlı kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü Taleh İsmayılov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. İki bıçaq xəsarəti alan yaralının vəziyyətinin kafi olduğu bildirilir. 

Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elnur Qurbanzadə polis tərəfindən saxlanılıb. Tərəflər arasında münaqişənin borc üstündə yarandığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi