Göygöldə 3 uşaq anasının qətlə yetirilməsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Hadisə
  • 10 may, 2018
  • 10:07
Göygöldə 3 uşaq anasının qətlə yetirilməsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Göygöl. 10 may. REPORT.AZ/ Göygöl rayonunda qadının əri tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayeva ilə birlikdə evdən çıxıb. Onlar Şəmkir rayonuna işləməyə gedən zaman yolda aralarında mübahisə yaranıb. Qadın hər gün Şəmkirdə təsərrüfatda fəhlə işləməkdən yorulduğundan şikayətçi olub. Banka olan borca görə, ər və arvad Şəmkirə hər gün işləməyə gedirlərmiş. İlkin ehtimalara görə, bu gün də onlar Şəmkirə getmək üçün yola çıxıblar və qadın daha işə getmək istəmədiyini bildirib. Bu zaman əri ilə aralarında mübahisə yaranıb. F.Ələsgərov arvadına çoxlu saylı bıçaq zərbələri vuraraq onu öldürüb və hadisə yerindən qaçıb. Məlumatlara görə, onun Murovdağ qəsəbəsində gizləndiyi məlum olub. 

Qeyd edək ki, ailənin 3 övladı var.

Fakla bağlı Göygöl rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***12:58Göygöl. 10 may. REPORT.AZ/ Göygöl rayonunda qadın qətlə yetirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun "Hacıməlik" dəirəsi adlanan ərazidə baş verib.Qadının əri tərəfindən qətlə yetirildiyi bildirilir. 

Faktl abğlı araşdırmalara başlanılıb.