Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 10 aprel, 2019
  • 16:48
Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Göyçay rayonunun Şahsoltanlı kənd sakini Şaban İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini Səbuhi Məmmədovun idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


*** 19:20

Göyçay rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 194-cü km-də, rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti