Göyçayda yol qəzası baş verib, xəsarət alan var - YENİLƏNİB

Göyçayda yol qəzası baş verib, xəsarət alan var - YENİLƏNİB Göyçay. 25 fevral. REPORT.AZ/ Göyçay rayonunda baş verən yol qəzasında xəsarət alanın kimliyi məlum olub.
Hadisə
25 Fevral , 2019 22:37
Göyçayda yol qəzası baş verib, xəsarət alan var - YENİLƏNİB

Göyçay. 25 fevral. REPORT.AZ/ Göyçay rayonunda baş verən yol qəzasında xəsarət alanın kimliyi məlum olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində İsmayıllı rayon Soltankənd kənd sakini Əhmədov Əhməd Abdulla oğlu xəsarət alıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib


***21:31

Göyçay rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203 km-də - rayonun Bığır kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Mercedes" markalı minik maşınlarının toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi