Göyçayda toyda 40-a yaxın şəxs zəhərlənib - YENİLƏNİB

Göyçayda toyda 40-a yaxın şəxs zəhərlənib - YENİLƏNİB Rayon icra başçısı zərərçəkmişlərə baş çəkib
Hadisə
23 Avqust , 2016 20:35
Göyçayda toyda 40-a yaxın şəxs zəhərlənib - YENİLƏNİB

Bakı. 23 avqust. REPORT.AZ/ Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində zəhərlənən 13 yaşlı Hüseynov Cəfər Hüseyn oğlu reanimasiyaya yerləşdirilib.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, daha dörd nəfər xəstəxanaya gətirilib.

Məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Göyçay Mərkəzi Rayon Xəstəxanasında zərərçəkmişlərə baş çəkib, müəssisə rəhbərliyinə xəstələrin tam sağalmadan evə buraxılmaması barədə göstəriş verib.

***18:26

Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, toyda 40-a yaxın vətəndaş zəhərlənib. 

Zəhərlənmiş insanlar Göyçay rayon Qaraməryəm kənd sahə xəstəxanasına və Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Zəhərlənmənin toyda verilən şirələrdən baş verdiyi ehtimal olunur.

Hazırda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi