Bakı-Şamaxı-Yevlax avtomobil yolu birtərəfli bağlanıb - YENİLƏNİB

Bakı-Şamaxı-Yevlax avtomobil yolu birtərəfli bağlanıb - YENİLƏNİB Göyçay rayonunda güclü külək və yağışla müşayiət olunan qasırğa yaşayış binalarının, fərdi yaşayış evlərinin dam örtüyünü uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb.
Hadisə
31 May , 2023 20:37
Bakı-Şamaxı-Yevlax avtomobil yolu birtərəfli bağlanıb - YENİLƏNİB

Leysan xarakterli yağışlar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolu birtərəfli bağlanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, güclü külək nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsində irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolun əsas hissəsi avtomobillər üçün keçilməz olub.

19:42

Göyçay rayonunda güclü külək və yağışla müşayiət olunan qasırğa yaşayış binalarının, fərdi yaşayış evlərinin dam örtüyünü uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Eyni zamanda güclü leysan şəhərin mərkəzi küçələrinə yağış sularının toplanmasına səbəb olub, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəni su basıb.

Bundan başqa, Göyçay rayonunun Mırtı kəndində güclü külək ağac yerli sakin Aygül Əliyevanın üzərinə aşırıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Son xəbərlər

Orphus sistemi