Göyçayda ötən gün toyu olan sürücü yol qəzasına düşüb

Göyçayda ötən gün toyu olan sürücü yol qəzasına düşüb Göyçay rayonunda minik avtomobilləri toqquşub.
Hadisə
18 Mart , 2019 23:26
Göyçayda ötən gün toyu olan sürücü yol qəzasına düşüb

Göyçay rayonunda minik avtomobilləri toqquşub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 193 kilometrliyində, yolun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Zərbənin təsirindən avtomobillərə ciddi zərər dəyib. 

Qeyd edək ki, sürücülərdən biri Göyçayın Qarayazı kəndinin sakinidir. Ötən gün onun toy mərasimi olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi