Göyçayda nişanlı qızın cehizləri oğurlandı

Göyçayda nişanlı qızın cehizləri oğurlandı Göyçay şəhərində mənzildən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
1193
25 Avqust , 2020 07:11
Göyçayda nişanlı qızın cehizləri oğurlandı

Göyçay şəhərində mənzildən oğurluq edən şəxs saxlanılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay şəhər sakini Teyyub Nuriyev rayon polis şöbəsinə müraciət edərək məlumat verib ki, naməlum şəxs ona məxsus evə daxil olaraq, nişanlı qızı üçün aldığı və ümumi dəyəri 2 min manat olan cehizlik məişət və geyim əşyalarını oğurlayıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Göyçay şəhər sakini Elxan Məlikov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, koronavirus məhdudiyyətləri ilə bağlı elan edilən karantinə görə nişanlı qızın toy mərasimi təxirə salınıb, bir müddət sonra cehizləri oğurlanıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi