Göyçayda minik avtomobili aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Hadisə
  • 03 iyul, 2019
  • 10:00
Göyçayda minik avtomobili aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Qaraxıdır kənd sakinləri - Mehdi Xudaverdiyev, Elşən Əhmədov və Salam Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


*** 13:26

Göyçay rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Alpout kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı 3 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yolqaəzasının baş veridyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəsətəxanaya çatdırılıb.