Göyçayda körpə qaynar süd qazanına düşərək ağır yanıq xəsarətləri alıb

Göyçayda körpə qaynar süd qazanına düşərək ağır yanıq xəsarətləri alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Mart , 2018 09:39
Göyçayda körpə qaynar süd qazanına düşərək ağır yanıq xəsarətləri alıb
Report

Göyçay. 3 mart. REPORT.AZ/ Göyçay şəhərində 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

"Report"un yerli bürosunun məlumatına görə, valideynlərinin nəzərətindən uzaq olan 2 yaşlı Kazımova Məryəm içərisi qaynar südlə dolu qazana düşüb.

Nəticədə körpə ağır yanıq xəsarətləri alıb. 

Körpə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıdakı Yanıq Mərkəzinə çatdırılıb. Hazırda körpənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi