Göyçayda karantini pozaraq kafe işlədən şəxs həbs edildi - VİDEO - ƏLAVƏ OLUNUB

Göyçayda karantini pozaraq kafe işlədən şəxs həbs edildi - VİDEO - ƏLAVƏ OLUNUB ***Video əlavə olunub
Hadisə
11 Aprel , 2020 19:14
Göyçayda karantini pozaraq kafe işlədən şəxs həbs edildi - VİDEO - ƏLAVƏ OLUNUB

***Video əlavə olunub 


***13:17

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman Birinci Ərəbcəbirli kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, həmin kafenin sahibi Sabit Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunub.

Qeyd edək ki, rayonun Birinci Ərəbcəbirli kənd sakini S.Məmmədov bir neçə gün öncə də karantin rejimi qaydalarını pozaraq gizli şəkildə kafe işlətdiyi üçün polis şöbəsinin əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmiş və barəsində protokol tərtib edilmişdi.

Son xəbərlər

Orphus sistemi