Göyçayda iki avtomobil toqquşub, yaralılar var - YENİLƏNİB

Hadisə
  • 13 aprel, 2019
  • 08:48
Göyçayda iki avtomobil toqquşub, yaralılar var - YENİLƏNİB

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Göyçay rayonunun Bığır kənd sakini Şəmsəddin Kərimovun idarə etdiyi minik avtomobili qarşıdan gələn 44 yaşlı Kamran Məmmədovun idarə etdiyi minik maşını ilə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 


*** 11:13

Göyçay rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Göyçay-Lək avtomobil yolunda qeydə alınıb. 

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.