Göyçayda güclü külək yanğınlara səbəb oldu
Hadisə
- 25 fevral, 2020
- 23:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Güclü külək Göyçayda bir sıra fəsadlar törədib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb.
Günorta saatlarından əsməyə başlayan külək sonradan güclənib. Qısa vaxt ərzində bir neçə kənddə yanğın baş verib. Yanğınların söndürülməsi üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın hadisələrinin baş verdiyi yerlərə həmçinin FHN-in İsmayıllı Dövlət yanğından mühafizə hissəsinin də texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınlar rayonun Ləkçıplaq, Yalman, Şəhadət, Qarayazı və Cəyirli kəndlərində baş verib. Nəticədə hektarlarla otlaq, kolluq və 3 ədəd tövlə yanıb.
Son xəbərlər
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya
00:03
Foto
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib
Hadisə
23:54
MEE: ABŞ HHM sahəsində Səudiyyə Ərəbistanına kömək edəcək
Digər ölkələr
23:49
SEPAH: Hörmüz boğazında bir gündə üç gəmi partlayıb
Region
23:28
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
Digər ölkələr
23:21
Rusiya Ermənistanın dəmir yolu şəbəkəsinin inkişafı ilə bağlı qiymətləndirmələrini təqdim edib
Region
23:07
Video
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 19 nəfər ölüb - Yenilənib
Region
23:06
Saar: İsrail Britaniyaya əks-tədbirlərlə cavab verəcək
Digər ölkələr
22:39
Foto
Azərbaycan Su İdmanı Federasiyasının idmançıları Türkiyədə birinci olublar
Fərdi