Göyçayda bazardakı yanğın söndürülüb - YENİLƏNİB
- 08 iyun, 2020
- 14:20
Göyçay rayonunda bazarda baş verən yanğın söndürülüb.
"Report"un yerli bürosu xəbər verir ki, alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Qeyd edək ki, bu gün saat 17:00 radələrində bazarda yerləşən geyim əşyaları mağazalarının və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə yanğın baş verib.
Hazırda sahibkarlara dəymiş ziyanın məbləği araşdırlır.
Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
*** 17:21
Göyçay rayonunda bazarda yanğın başlayıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində yerləşən bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Rayon Dövlət Yanğından Mühafizə Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.