Göyçayda avtomobil atı vurub, xəsarət alan var - FOTO

Göyçayda avtomobil atı vurub, xəsarət alan var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Oktyabr , 2016 19:58
Göyçayda avtomobil atı vurub, xəsarət alan var - FOTO

Göyçay. 21 oktyabr. REPORT.AZ/ Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, qəza Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 193-cü kilometrliyində rayonun Qara Məryəm kəndindən keçən ərazisində qeydə alınıb. 

Belə ki, Göyçay istiqamətində hərəkətdə olan Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Akşin Məcnun oğlu Ağayevin idarə etdiyi "Toyota" markalı minik avtomobili qəfildən yola çıxan atı vurub.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi