Göyçay sakini dəm qazından zəhərlənərək ölüb

Göyçay sakini dəm qazından zəhərlənərək ölüb ​​​​​​​Göyçay rayonunda dəm qazından ölüm hadisəsi baş verib
Hadisə
3 Mart , 2021 21:19
Göyçay sakini dəm qazından zəhərlənərək ölüb
0 : 00
0 : 00

Göyçay rayonunda dəm qazından ölüm hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay şəhərinin Rəsul Rza küçəsi, 38 saylı mənzildə qeydə alınıb.

Belə ki, şəhər sakini, 37 yaşlı Emin Həsənov yaşadığı evin hamam otağında kustar üsulla quraşdırılan su qızıdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi