Göyçay sakini baldızının nişanlısını qətlə yetirib - YENİLƏNİB

Göyçay sakini baldızının nişanlısını qətlə yetirib - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
21 Avqust , 2017 09:49
Göyçay sakini baldızının nişanlısını qətlə yetirib - YENİLƏNİB

Göyçay. 21 avqust. REPORT.AZ/ Göyçay rayonunda qətlə yetrilən şəxsin kimliyi məlum olub.

"Report"un məlumatına görə, rayon sakini baldızının nişanlısını qətlə yetirib.

Belə ki, 1992-ci il təvəllüdlü Pərviz Şahin oğlu Əbdulrəhmanov münaqişə zəminində həmyerlisi 1989-cu il təvəllüdlü Müşviq Nizami oğlu Əkbərovu bıçaqlayaraq öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


***09:03

Göyçay. 21 avqust. REPORT.AZ/ Göyçay rayonunda qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayon sakini baldızının nişanlısını qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

İlkin məlumatalara görə, hadisə mübahisə zəminində törədilib. Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi