Yuxarı
    Bağlamaq

    Göyçay çayı məcrasını dəyişib, subasma təhlükəsi yaranıb

    Çayın sahilinə yaxın yerləşən evlər sel sularının altında qala bilər

    Göyçay. 19 oktyabr. REPORT.AZ/ Göyçay rayonunun ərazisindən keçən Göyçay çayı məcarasını dəyişib. 

    "Report"un Şirvan bürosunun xəbərinə görə, son günlər yağan güclü yağış nəticəsində yaranan sel həyatyanı səhələrə dolub və meyvə bağlarına ciddi ziyan vurub.

    Göyçay çayın sağ sahilində rayonun Potu, Ulaşlışıxlı, Çərəkə kəndləri, sol sahilində isə Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndləri yerləşir. Bu, əsasən rayonun ən çox Potu, Ulaşlışıxlı, Qızılağac və Cəyirli kəndlərinə təsir edir.

    Yerli sakinlərin sözlərinə görə, bu ərazilərdə bəndvurma işləri aparılmasa, çayın sahilinə yaxın yerləşən evlər  sel sularının altında qala bilər: "Çayın sahilinə yaxın olan evlərdə subasma təhlükəsi yaranıb. Kənd sakinlərinə məxsus həyətyanı sahələrdə və pay torpaqlarında əkilmiş meyvə ağacları sel sularının altında qalıb".

    Göyçay Suvarma Sistemləri İdarəsinin mühəndisi Lətif Əliyev bildirib ki, indi sahil bəndvurma işlərinə başlanılıb: "Bu istiqamətdə işlər gedir və Göyçay çayının şəhər ərazisindən keçən hissəsində sahil bəndvurma işləri aparılıb. Müəyyən vaxt ərzində həmin kənd ərazisində də sahil bəndvurma işləri aparılacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi