Goranboyda yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb - YENİLƏNİB Yaralılardan biri 3 yaşlı uşaqdır
Hadisə
4 Aprel , 2018 21:36
Goranboyda yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Report

Goranboy. 4 aprel. REPORT.AZ/ Goranboy şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində 1994-cü il təvəllüdlü sürücü Hüseynov Tural Vüqar oğlu və onun sərnişinləri - 1994-cü il təvəllüdlü Nəbiyeva Samirə Nuşirəvan qızı və 2015-ci il təvəllüdlü qızı Nəbiyeva Mədinə Nicat qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***21:01

Goranboy. 4 aprel. REPORT.AZ/ Goranboy şəhərində biri uşaq olmaqla üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Tural Vüqar oğlu Hüseynovun idarə etdiyi avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər, sürücünün həyat yoldaşı və azyaşlı körpəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar ətrafdakıların köməkliyi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi