Goranboyda yol qəzası baş verib, ölən və yaralanan var - YEİLƏNİB

Goranboyda yol qəzası baş verib, ölən və yaralanan var - YEİLƏNİB Goranboyda baş verən ağır yol-nqəliyyta hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə
1 Noyabr , 2019 19:16
Goranboyda yol qəzası baş verib, ölən və yaralanan var - YEİLƏNİB

Goranboyda baş verən ağır yol-nqəliyyta hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Yevlax rayon sakini, 1965-ci il təvəllüdlü Arzu Vəli oğlu Məmmədov hadisə yerində ölüb, sürücüsü, Gəncə şəhər, Yeni Gəncə qəsəbə sakini, 1983-cü il təvəllüdlü Abbasov Arzu Qabil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 17:23

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Goranboy-Naftalan avtomobil yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində "VAZ" markalı avtomobildə olan sərnişin, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hadisə yerində ölüb. Qəza nəticəsində avtomobilin sürcüsünün isə xəsarət aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi