Goranboyda yol qəzası baş verib, ana və üç övladı xəsarət alıb - ƏLAVƏ OLUNUB

Goranboyda yol qəzası baş verib, ana və üç övladı xəsarət alıb - ƏLAVƏ OLUNUB Onlar xəstəxanaya yerləşdiriliblər
Hadisə
15 İyun , 2017 17:28
Goranboyda yol qəzası baş verib, ana və üç övladı xəsarət alıb - ƏLAVƏ OLUNUB

Bakı. 15 iyun. REPORT.AZ/ Bakı-Qazax magistralında baş verən qəza nəticəsində ana və üç övladı xəsarət alıb. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə yolun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü Xəqani Məmmədov yüngül xəsarət alıb. Onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Nəvriyyə Məmmədova kəllə-beyin travması, övladları - 2007-ci il təvəllüdlü Rauf Məmmədli, 2008-ci ildə anadan olmuş Nazim Məmmədli və 40 günlük körpə Rəsul Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi