Goranboyda yol-nəqliyyat hadisəsi baş verib

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib Bakı-Qazax avtomobil yolunun Goranboyun Borsunlu kəndi ərazisindən keçən hissəsində avtoqəza qeydə alınıb.
Hadisə
17 Sentyabr , 2019 23:59
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Qazax avtomobil yolunun Goranboyun Borsunlu kəndi ərazisindən keçən hissəsində avtoqəza qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, beynəlxalq yük daşımaları (TIR) ilə məşğul olan Türkiyə dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən "QAZel" markalı digər yük maşınına sürtünərək keçib.

Nəticədə "QAZel"in Sabirabad rayonundan olan sürücüsü Namiq Ağayev xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Zərərçəkmişin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi