Goranboyda sürücü və mühafizəçi işlədikləri şirkətdən 17 min dollar oğurlayıb - YENİLƏNİB

Goranboyda sürücü və mühafizəçi işlədikləri şirkətdən 17 min dollar oğurlayıb - YENİLƏNİB Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
14 Sentyabr , 2018 17:07
Goranboyda sürücü və mühafizəçi işlədikləri şirkətdən 17 min dollar oğurlayıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Türkiyə Respublikasının vətəndaşı Temiz Serkan Necati Goranboy rayon Polis şöbəsinə müraciət edərək bildirib ki, sentyabrın 11-dən 12-nə keçən gecə ona məxsus, rayon ərazisindəki pərdə-tül mağazasına naməlum şəxs və ya şəxslər kamera nəzarəti olmayan yerdən daxil olaraq oradakı seyfdən 17 000 ABŞ dolları məbləğində pul oğurlayıblar. Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib.

Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman sərhəddə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 12:44

Bakı. 14 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda şirkətdən oğurluq olub.

“Report”un xəbərinə görə, Türkiyə vətəndaşı Necati Serkan Temizə məxsus “Tac” pərdə topdan satış mərkəzindəki seyfdən 17 min dollar pul oğurlanıb.

Oğurluğu törədən şirkətin sürücüsü Ağasəf Seyidov və mühafizəçi Elmir Əliyev saxlanılıblar.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi