Goranboyda qohumlar arasında düşən mübahisədə 1 nəfər bıçaqlanıb

Hadisə
  • 12 sentyabr, 2017
  • 05:50
Goranboyda qohumlar arasında düşən mübahisədə 1 nəfər bıçaqlanıb

Goranboy. 12 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Rusbarisi kəndində baş verib. 

Bələ ki, həmin kəndin sakini Marat Oktay oğlu Hüseynzadə Bakıdan evinə qonaq gələn qohumu Nürəddin Saləddin oğlu Həsənov arasında mübahisə yaranıb. Bu zaman N.Həsənov mətbəxt bıçağı ilə M.Hüzseynzadəni qarın nahiyəsindən bıçaqlayaraq ona ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

44 filmi