Goranboyda qadını qətlə yetirən şəxs saxlanılıb

Goranboyda qadını qətlə yetirən şəxs saxlanılıb Goranboy rayonunda qadın güllənıb.
Hadisə
5280
6 Avqust , 2020 09:14
Goranboyda qadını qətlə yetirən şəxs saxlanılıb

Goranboy rayonunda qətl törədən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən, 1986-cı il təvəllüdlü Qərib Zamanov saxlanılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

00:05

Goranboy rayonunda qətlə yetirilən qadının kimliyi və hadisənin təfərrüatları məlum olub. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Stansiya Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, İmanova Gülbuta Gülzalı qızı odlu silahdan açılmış atəş nəticəsində ölüb.

O, iki güllə yarası alıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

23:42

Goranboy rayonunda qətl hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisində qadın güllələnib.

Odlu silahdan açılmış atəş nəticəsində yaralanan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi