Goranboyda mikroavtobus 28 yaşlı atlını vurub

Hadisə
  • 14 iyun, 2017
  • 16:14
Goranboyda mikroavtobus 28 yaşlı atlını vurub

Goranboy.13 iyun. REPORT.AZ/ Goranboy rayonunda mikroavtobus 28 yaşlı atlını vurub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında "Stansiya Goran" deyilən ərazidə baş verib. 

Belə ki, Goranboy rayon sakini, 1989-cu il təvəllüdlü Nemət Qabil oğlu Əhmədov atla yolda hərəkətdə olarkən mikroavtobus tərəfindən vurulub. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun əməliyyat edildiyi və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi