Goranboyda heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub

Goranboyda heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub Bakı. 24 mart. REPORT.AZ/ Ötən gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Goranboy rayonunun Erkec kəndində mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
24 Mart , 2018 00:22
Goranboyda heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub

Bakı. 24 mart. REPORT.AZ/ Ötən gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Goranboy rayonunun Erkec kəndində mərminin tapılması barədə məlumat daxil olub.

“Report” xəbər verir ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş metal əşyanın 250 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi