Goranboyda gənc qadın müalicə məqsədi ilə yod içərək zəhərlənib

Hadisə
  • 24 fevral, 2018
  • 15:44
Goranboyda gənc qadın müalicə məqsədi ilə yod içərək zəhərlənib

Goranboy. 24 fevral. REPORT.AZ/ Goranboy rayonunun Tatar kəndində zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü kənd sakini G.Bayramova xəstəliyini yaşlı qadınların məsləhəti ilə türkəçarə yolu ilə müalicə etmək üçün yod içib və nəticədə zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.