Goranboyda gənc oğlanın minaya düşməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Tap Qaraqoyunlu kənd sakini, 26 yaşlı Vüqar Maqsud oğlu Məmmədov İncəçayı keçən zaman minaya düşüb. Ağır yaralanan V.Məmmədov sürünərək həmin ərazidən uzaqlaşıb və mobil telefonundan yaxınlarına zəng edərək kömək istəyib.
Yaxınları onun olduğu yerə gedib və Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Zərərçəkmişin sol ayağı dizdən amputasiya olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Goranboyun gənc sakini minaya düşüb.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Tap Qaraqoyunlu kəndində baş verib.
Belə ki, kəndin 26 yaşlı sakini Məmmədov Vüqar Maqsud oğlu minaya düşüb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib, onun sol ayağı amputasiya olunub.
V.Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.